Qaydalar və şərtlər

Bu şərtlər və qaydalar platforma və xidmətə, həmçinin platformanin bir hissəsi olaraq sizə təqdim olunan bütün məlumatlara, tövsiyələrə və “SALAM DOKTOR”un təqdim etdiyi xidmətinə şamil edilir. Lütfən bu qayda və şərtləri xidmətdən istifadə etmədən və platformani yükləmədən əvvəl diqqətlə oxuyun. Bu platformada və xidmətdən bir istifadəçi (bundan sonra "siz" yaxud "istifadəçi" yaxud "pasiyent") kimi qeydiyyatdan keçməklə, hazirki qayda və şərtləri qəbul etdiyinizi bildirir.

 

Platformada və xidmətdə qeydiyyatdan keçməklə vebsaytda istifadəçi adınız yaradılır və burada qeyd olunan şərtlərə əməl etməyə razılıq verdiyinizi bildirirsiniz.

 

Platforma və burada əks olunmuş məzmun “Salam Doktor”un mülkiyyəti sayılır.

I. ÜMUMİ MÜDDƏALAR

 

Hazırkı “Qaydalar və şərtlər”də böyük hərflərlə yazılmış sözlər və ifadələr aşağıdakı mənadadır:

 

www.salamdoktor.az bildirir ki, “Salam Doktor” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq qaydada təşkil edilmiş və mövcud olan məhdud məsuliyyətli cəmiyyətidir. Buraya həmçinin “Salam Doktor” adı altında Platforma vasitəsilə Xidmət təqdim edən filial və törəmə şöbələr də daxildir.

 

Platforma dedikdə, İnternet əsasında qurulan proqram təminatı texnologiyası başa düşülür və “Salam Doktor” bu vasitə ilə sizə Xidmət təqdim edir.

 

Xidmət dedikdə video, audio yaxud yazışma mesajı vasitəsilə onlayn tibbi konsultasiya almaq üçün Həkim tapmaq və görüş istəmək yaxud təyin etmək, və öz şəxsi yaxud ailəsinin məlumat/sağlamlıq qeydlərini idarə etmək üçün Platformaya daxil olmaq imkanı ilə yanaşı, www.salamdoktor.az İnternet səhifəsində yer alan istənilən məlumatı əldə etməyə fürsət yaradan imkanlardır.

 

Həkim(lər) dedikdə Platforma istifadəçilərinə müvafiq tibbi xidmətlər göstərmək məqsədilə “Salam Doktor” ilə müvafiq razılaşma imzalamış tibbi xidmətlər təqdim edən azərbaycandilli şəxslər başa düşülür. Həkimlər haqqında bütün lazımi məlumatlar Platformada yerləşən məlumatlar bazasında toplanmışdır. “Salam Doktor” Həkimlərin peşə səviyyəsini yoxlamaq və ya peşələrinə aid olub olmamasını yoxlamaq üzrə məsuliyyəti daşımır. www.salamdoktor.az saytında yaxud Platformada Həkimlərin səviyyə və dərəcələri haqqında təqdim edilmiş bütün məlumatlar yalnız istifadəçilərin təqdim etdiyi rəylər və dəyərləndirmələr əsasındadır.

 

 

II. RAZILAŞMA

 

Burada siz bəyan edirsiniz ki, müvafiq razılaşmaları və müqavilələri qəbul etmək üçün fiziki şəxs olaraq siz yetkinlik yaşına çatmışınız yaxud sizə digər şəxsin (üçüncü tərəfin) adından çıxış etmək üçün Xidmətlər və Platformada qeydiyyatdan keçmək məqsədilə hazırkı Qaydalar və şərtləri qəbul etməyə səlahiyyət verilib.

 

“SALAM DOKTOR” heç bir tibbi məsləhət yaxud tibbi xidmət təqdim etmir. “SALAM DOKTOR” sadəcə texnoloji həll təmin edir və hazırkı razılaşma “SALAM DOKTOR” tərəfindən təqdim edilən texnologiya və vasitələrin istifadəsi ilə əlaqədardır. Bunlar isə öz növbəsində “SALAM DOKTOR” tərəfindən e-poçt, SMS yaxud hər hansı digər kommunikasiya vasitəsi ilə əvvəlcədən xəbərdarlıq edilmədən ləğv edilə bilər. Hal-hazırda “SALAM DOKTOR” tərəfindən təqdim edilən texnologiya və vasitələrə görə lisenziya və ya istifadə haqqı tətbiq edilmir, lakin “SALAM DOKTOR” məlumatların saxlanması yaxud texnologiyalardan, vasitələrdən, Platformadan yaxud Xidmətdən, yaxud istənilən vaxt “SALAM DOKTOR” tədbiri əsasında yeridilən hər hansı yeni funksiyalardan istifadəyə görə xidmət haqq tətbiq etmək və əvvəlcədən xəbərdarlıq etməklə zamanla bu qaydalara düzəlişlər etmək hüququnu özündə saxlayır. “SALAM DOKTOR” öz rəyi əsasında Platformada təqdim edilən xidmətləri istənilən vaxt hər hansı istifadəçi üçün dayandırmaq hüququnu özündə saxlayır. Əgər Platformanın qaydaları və şərtlərində edilən dəyişikliklərlə razı olmasanız yaxud onlar sizin üçün qəbuledilməz olarsa, istənilən vaxt Xidmət əldə etmək üçün qeydiyyatınızı ləğv edə yaxud İstifadəçi adınızı dayandıra bilərsiniz.

 

Xidmətin bu cür dayandırılması hallarda, Platformada saxlanılan şəxsi məlumatlarınız yaxud sizin tərəfinizdən və ya sizin adınızdan yerləşdirilmiş hər hansı bir cavab/məzmun (cari yaxud dayandırılmış) ilə bağlı, “SALAM DOKTOR” və Platforması vasitəsilə əlaqədə olduğunuz hər hansı bir istifadəçi/Həkim haqqında heç bir şikayət və iddia qəbul edilməyəcək. “SALAM DOKTOR” bu məlumatların istənilən formada sizə yaxud hər hansı üçüncü tərəf kimi çıxış edən xidmət təchizatçısına təqdim etməyə görə məsuliyyət daşımır. Həkim hər konsultasiyaya görə xidmət haqqını özü təyin edir. “SALAM DOKTOR” burada Həkimin adından ödənişləri emal etmək üçün yalnız vasitəçi rolunu oynayır.

 

Platformada və Xidmətdə İstifadəçisi kimi qeydiyyatdan keçməklə “SALAM DOKTOR” ilə razılaşmanı qəbul etdiyini bildirirsiniz. Qeydiyyatdan keçərkən vebsaytda tələb edilən şəxsi məlumatlarınızı, mobil telefon nömrənizi və digər məlumatlarınızı təqdim etməlisiniz. Qeydiyyat müvəffəqiyyətlə bitəndən sonra, seçdiyiniz şifrə üzrə sizə şəxsi İstifadəçi adı təqdim ediləcək. İstifadəçi adı və şifrəniz unikaldır və yalnız sizin istifadəniz üçün nəzərdə tutulur, və siz öz İstifadəçi adınızı və şifrənizi hər hansı üçüncü tərəfə verməmək haqqında razılığınızı bildirirsiniz. Şifrənizi gizli saxlanmasına və şifrəniz sındırıldığı yaxud oğurlandığı halda bizə məlumat verməyə görə məsuliyyət daşıyırsınız.

 

Bununla siz sağlamliğiniz və xəstəliyiniz barədə və digər məlumatlar daxil olmaqla şəxsi məlumatlarinizin “salam doktor” tərəfindən hazirki qaydalar və şərtlərin məqsədləri üçün və “məxfilik siyasəti”nə uyğun olaraq istifadə edilməsi haqqinda qətiyyətlə raziliğinizi bildirirsiniz.

 

Platformaya özünüzün daxil etdiyiniz yaxud sizin və ya doktorunuzun adından daxil edilən şəxsi məlumatların düzgünlüyü, bütövlüyü və təfərrüatına görə məsuliyyəti siz daşıyırsınız və “SALAM DOKTOR” burada heç bir cavabdehlik daşımır.

 

Platformada olan məlumatlarınızdan və istifadəçi adınızdan yararlanmaq üçün icazə verdiyiniz üçüncü tərəfin əldə etdiyi yaxud yaydığı məlumata və sui-istifadələrə görə, “SALAM DOKTOR” heç bir məsuliyyət daşımır.

 

Sizin yaxud hər hansı bir Həkimin və ya sizin yaxud Həkimin adından çıxış edən üçüncü tərəfin verdiyi məlumatların, şərhlərin yaxud mətnin istənilən arzuolunmaz nəticələrinə görə “SALAM DOKTOR” heç bir məsuliyyət daşımır.

 

“SALAM DOKTOR” Pasientin məlumatlarını qorumaq üçün bütün tədbirləri görür. Eyni zamanda hər hansı bank, ödəniş provayderi yaxud dövlət orqanı tərəfindən tələb irəli sürüldüyü təqdirdə, Pasientin əlaqə məlumatları açıqlana bilər. Məlumatın açıqlanmasını tələb edən şərtlər barədə məlumat vermək Həkimin məsuliyyətidir. Şəxsi sağlamlıq qeydlərində əks olunmuş məlumatlar, yalnız seçdiyiniz yaxud konsultasiyasını aldığınız Həkimlər tərəfindən əldə edilə bilər və seçdiyiniz tibbi xidmətləri sizə təqdim etmək məqsədilə istifadə edilə bilər. Fərdlərin şəxsiyyəti açıqlanmadan Pasient məlumatlarının heç bir şəxsə bağlanmayan sistem analizi, daha yaxşı tibbi nəticələrin əldə edilməsi məqsədilə xidmətin inkişafı üçün tətbiqin bir hissəsi olaraq edilə bilər. Bununla yanaşı Pasientin/İstifadəçinin şəxsiyyəti anonim saxlanılır.

 

Bir İstifadəçini qeydiyyatdan keçirdikdən sonra Qaydalar və Şərtlərin hər hansı bir müddəası ilə razı olmasanız, lütfən Xidmətdən istifadə etməyi dayandırın və Platformada olan qeydiyyatı ləğv edin.

 

 

III. XİDMƏT

 

Siz qətiyyətlə qəbul edirsiniz ki, Platformanın istifadə edilməsi Pasient ilə Həkim arasında konsultasiyanı asanlaşdırmaq xarakterini daşıyır. Siz həmçinin razılaşırsınız ki, təcili hallarda onlayn konsultasiya və Platforma istifadə edilməməlidir. Açıq şəkildə bildirilir ki, hazırkı Platforma fiziki konsultasiya almaq üçün həkim kabinetinə/klinikaya/xəstəxanaya getmək zərurətini inkar etmir.

 

Bununla siz birmənalı olaraq razılaşırsınız ki, tibbi məsləhətin/göstərişin verilməsi üçün kömək edəcək bütün zəruri təfərrüatları Həkimə bildirəcəksiniz. Həkim müayinə yaxud analizlərin keçirilməsi üçün Pasientdən öz işlədiyi klinikaya/xəstəxanaya gəlməsini istəyə bilər. Platformadan və Xidmətdən istifadə peşəkar tibbi diaqnoz yaxud müalicəni əvəz etmir və sizə təqdim olunan məlumatları öz məsuliyyətiniz üzrə istifadə edə bilərsiniz.

 

“SALAM DOKTOR” hər hansı Həkimin verdiyi şərhlərin yaxud yazıların arzuolunmaz nəticələrinə görə heç bir məsuliyyət daşımır.

 

Hazırkı Xidmətdən istifadə etməklə, Xidmətlə əlaqəli avtomatik qaydada SMS bildirişləri, qeydiyyat zamanı təqdim etdiyiniz mobil nömrəyə heç bir şərt olmadan qəbul etməyə razılıq verirsiniz.

 

Hazırkı Xidmətdən istifadə etməklə siz aşağıdakıları qəbul edirsiniz:

 

· Platformada olan İstifadəçi adınızı yalnız siz özünüz şəxsi məqsədləriniz üçün istifadə edəcəksiniz və üçüncü tərəfə satmayacaqsınız;

 

· www.salamdoktor.az veb səhifəsindən yerləşdirilmiş hazırkı Qaydalar və şərtlərə həmçinin “Məxfilik siyasəti”nə riayət edəcəksiniz;

 

· Başqa şəxslərə öz İstifadəçi adınızdan yararlanmağa icazə verməyəcəksiniz;

 

· Platformada olan İstifadəçi adınızı başqa bir fiziki yaxud hüquqi şəxsə keçirtməyəcəksiniz yaxud hər hansı başqa şəkildə ötürməyəcəksiniz;

 

· Müvafiq icazə olmadan Siz başqa bir şəxsin hər hansı bir hüququnu pozacaq İstifadəçi adından istifadə etməyəcəksiniz;

 

· Siz hazırkı Xidmətdən qeyri-qanuni məqsədlər üçün, o cümlədən hər hansı bir qeyri-qanuni materialın yayılması yaxud saxlanması və ya zərərverici məqsədlər üçün istifadə etməyəcəksiniz;

 

· Siz hazırkı Xidmətdən yaxud Platformadan təəssüfedici, əsəbilik yaxud narahatlıq yaradan hallar üçün istifadə etməyəcəksiniz;

 

· Xidmətə və ya Platformaya heç bir şəkildə zərər verməyəcəksiniz;

 

· Xidmətdən yararlanmaq üçün icazəni təmin edən “Salam Doktor” təqdim etdiyi İstifadəçi adının şifrəsini yaxud hər hansı təsdiqləyici məlumatın təhlükəsiz və məxfi saxlayacaqsınız;

 

· “Salam Doktor” əsaslı olaraq tələb edərsə, müvafiq şəxsiyyəti təsdiq edən sənədi təqdim edəcəksiniz;

 

· Xidmətdən istifadə edərkən vətəninizdə, ölkənizdə, dövlətinizdə və/yaxud şəhərinizdə qüvvədə olan bütün qanunlara riayət edəcəksiniz;

 

· Yuxarıda göstərilən şərtlərin hər hansı birinə riayət edilmədiyi təqdirdə, “Salam Doktor” Xidmətin dərhal ləğv edilməsi və İstifadəçi adınızı bağlamaq hüququnu özündə saxlamasına razısınız.

 

 

V. KONSULTASİYA ÖHDƏLİKLƏRİ

 

Hazırkı bəndə razılaşdırılmışdır ki, “SALAM DOKTOR” Pasientlə Həkim arasında əlaqə yaradan, Həkimlərin təqdim etdiyi konsultasiya/tibbi göstərişlərə görə, həmçinin Həkimlərin təqdim etdiyi xidmətdən irəli gələn yaxud üçüncü şəxs tərəfindən yaradılan məzmun/hesabat ilə bağlı yaranmış öhdəçiliyə görə, heç bir məsuliyyət/öhdəçilik daşımadan İnternet əsasında olan həll təqdim edən Platformanın operatoru kimi fəaliyyət göstərir. “SALAM DOKTOR” əlavə məlumatlar təqdim edir, həmçinin e-poçt/SMS vasitəsilə əvvəlcədən bildiriş göndərməklə, müəyyən şərtlər altında İstifadəçininPlatformaya və Xidmətlərə girişini məhdudlaşdırabilməsi ilə razılaşırsınız. Bundan başqa siz veb portaldan yalnız Həkimlərdən məsləhət/göstərişi almaq üçün istifadə edəcəyiniz barədə razılaşırsınız. Platforma yaxud Xidmətdən istifadə yaxud portala giriş, heç bir halda məxfi əlaqə yaratmır.

 

 

 

VI. MƏHDUDİYYƏT VƏ QADAĞALAR

 

Aşağıdakı hallara icazə verilmir:

 

· İstənilən şəkildə Platformanı və Xidməti hər hansı bir üçüncü tərəfə təqdim etmək, lisenziyalaşdırmaq, sublisenziyalaşdırmaq, satmaq, təkrar satmaq, ötürmək, təyin etmək, yaymaq yaxud başqa şəkildə kommersiya istismarını etmək;

 

· Platforma və Xidmət əsasında törəmə işləri etmək yaxud dəyişikliklər etmək; Platformaya və Xidmətə İnternet "keçidlər" yaratmaq;

 

· Zorakılıq, əxlaqsızlıq, qeyri-etik, təhdid, yalan, işgəncə xarakterli yaxud başqa qeyri-qanuni materialları, o cümlədən uşaqlar üçün zərərli olan materialı və ya üçüncü tərəfin müəlliflik hüquqlarını pozan materiallar göndərmək yaxud yaddaşda saxlamaq və yerləşdirmək.

 

VII. XİTAM

 

İstifadəçi tərəfdən Qaydalar və Şərtlərin yaxud "Məxfilik Siyasəti"nin hər hansı bir müddəasının pozulması Xidmətin və İstifadəçi adının ləğvinə səbəb olur. “SALAM DOKTOR” yuxarıda göstərilən bəndlərdən hər hansı birinin pozulmasını araşdırmaq və müvafiq məsuliyyətə cəlb etmək hüququna malikdir.

 

VII. TƏZMİNAT

 

Siz razılaşaraq bəyan edirsiniz ki, tibb əməkdaşları tərəfindən göstərilən çatışmazlıq yaxud hər hansı bir səhlənkarlıqla bağlı bizə qarşı heç bir məhkəmə iddiası qaldırmayacaq yaxud hər hansı bir məhkəmə prosesində iştirak etməyəcəksiniz.