MƏXFİLİK SİYASƏTİ

İstifadəçi adının yaradılması və qeydiyyata alınması haqqında razılıq

 

Məlumatların qorunması haqqında qanunlara əsasən biz özümüz haqında, şəxsi məlumatlarınızı necə istifadə etdiyimiz, hansı məqsədlər üçün istifadə etdiyimiz və şəxsi məlumatlarınız ilə bağlı hüquqlarınız barədə sizə məlumat verməliyik. Bu məlumat www.sphera.az saytında verilir və çox vacibdir ki, siz bu məlumatla tanış olasınız.

 

İstifadəçi yaxud Həkim kimi qeydiyyatdan keçməzdən əvvəl, www.sphera.az saytının siyasətində təsvir olunduğu kimi əlaqə nömrəsi və cihaz haqqında informasiya kimi təqdim etdiyiniz şəxsi məlumatlarınızı istifadə edə biləcəyimizə dair razılığınızı bildirin.

 

Xidmətdən istifadə məqsədləri üçün İstifadəçi kimi qeydiyyatdan keçməyiniz, hazırkı Məxfilik Siyasəti ilə tanış olmanızı və razılığınızı bildirir.

 

Razılıq necə geri alına bilər?

 

Şərtlərimizi qəbul etdikdən sonra, İstifadəçi hesabınızı ləğv etməklə razılığınızı geri ala bilərsiniz, lakin Razılığınızı götürməzdən əvvəl aparılan bütün proseslər və əməliyyatlar, Razılığınızı geri aldığınız müddətə qədər qüvvədə sayılır.

 

Giriş

 

Xidmətin ilk prioriteti sizin şəxsi məlumatlarınızı və məxfiliyi qorumaqdır.

 

www.sphera.az saytında yerləşdirdiyimiz Qaydalar və ŞərtlərMəxfilik Siyasəti sizin www.sphera.az saytından və Platformadan istifadə etməyinizə, qeydiyyatdan keçməyinizə və daxil olmağınıza tətbiq edilir.

 

Məxfilik Siyasəti sizdən aldığımız şəxsi məlumatları necə istifadə edəcəyimiz barədə dəyərli məlumatları ehtiva edir. 18 yaşına çatmayan şəxslər (Yetkinlik yaşına çatmayanlar) və uşaqlar bu xidmətdən istifadə edə bilməz. Bu cür şəxslərin istifadə edə bilməsi üçün himayəsində olduğu valideyni tərəfindən əlavə razılıq və ya icazə tələb olunur. Öz İstifadəçi adını yetkinlik yaşına çatmayan şəxsin müalicəsi üçün istifadə edən İstifadəçi, yetkinlik yaşına çatmayan şəxslə əlaqəli fərdi məlumatların üçüncü tərəfə təqdim edilməsinə (əgər bu məlumatların ötürülməsinin məqsədi yetkinlik yaşına çatmayanın tibbi müalicə yaxud digər tibbi yardım üçün edilərsə) razılığını bildirmiş olur.

 

Şəxsi məlumatlarınızın necə istifadə edilməsi barədə təsəvvür əldə etmək üçün aşağıdakılarla tanış olun.

 

Mühüm məlumat və biz kimik?

 

www.sphera.az, Platforma üzərindən Qaydalar və Şərtlərdə müəyyən edildiyi kimi "Sphera Healthcare AZ" ticarət nişanı adı altında Xidmət təqdim edən öz filial və nümayəndəlikləri daxil olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və hazırda mövcud olan məhdud məsuliyyətli cəmiyyətdir. “Sphera Healthcare AZ” sizin şəxsi məlumatlarınıza cavabdehlik daşıyır.

 

Biz həkimlərə və onların pasiyentlərinə bir-birləri ilə əlaqə yaratmağı təmin edən yüksək texnoloji həllər təqdim edirik. “Sphera Healthcare AZ” pasiyentlərə peşəkar tibb mütəxəssisləri ilə rahat əlaqə yaratmağa imkan verir. Hər gün istifadə etdiyiniz vasitələri daha yaxın hiss etmək üçün yaradılmış “Sphera Healthcare AZ”, hazır qeydlərin təhlükəsizliyini təmin etmək və tibbi göstəriciləri paylaşmaq üçün, resept və patoloji sorğuları əldə etmək üçün imkanlarını asanlaşdırır.

 

Biz məlumatların məxfiliyini təmin edən meneceri təyin etmişik. Hazırkı Məxfilik Siyasəti ilə bağlı hər hansı bir sualınız varsa, lütfən [email protected] ünvanına yazın.

 

İstənilən vaxt şəxsi məlumatların qorunması məsələlərində Azərbaycan Respublikasının nəzarət orqanı kimi məsuliyyət daşıyan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə şikayət etmək hüququnuz var.

 

Məxfilik Siyasətindəki dəyişikliklər barədə

 

Biz Məxfilik Siyasətimizi mütəmadi olaraq nəzərdən keçiririk.

Bu versiya axırıncı dəfə [22.07.2021] tarixində yenilənib.

 

Şəxsi məlumatlarınızın dəqiq olması və həqiqəti əks etdirməsi çox vacibdir. Lütfən, sizinlə tərəfdaşlığımız zamanı şəxsi məlumatlarınızın dəyişməsi barədə bizə məlumat verin.

 

Üçüncü tərəflərlə bağlı

 

Bəzən www.sphera.az saytında bizim tərəfdaş şəbəkələrin, reklamvericilərin və filiallarımızın saytlarına, həmçinin onların saytlarında bizim saytımıza interaktiv keçidlər yerləşdirilə bilər. Lütfən nəzərə alın ki, bu vebsaytlar və onların vasitəsilə əldə edilə bilən hər hansı bir xidmət öz Məxfilik Siyasətinə malikdir və biz həmin siyasətə yaxud həmin vebsaytlar yaxud xidmətlər vasitəsilə toplana bilən əlaqə kontaktları və geolokasiya məlumatları kimi şəxsi məlumatlara görə heç bir məsuliyyət və cavabdehlik daşımırıq. Həmin veb saytlara şəxsi məlumatlarınızı göndərməkdən, daxil etməkdən yaxud həmin xidmətlərdən istifadə etməzdən əvvəl lütfən onların siyasət qaydaları ilə tanış olun.

 

Sizin haqqınızda toplanan məlumatlar

 

Sizin haqqınızda aşağıda qeyd edilmiş müxtəlif növ şəxsi məlumatları toplaya, istifadə edə, saxlaya və ötürə bilərik:

 

• Telefon nömrəsi;

• Birdəfəlik şifrə (OTP);

• İstifadəçi kimi sizin sağlamlığınızla bağlı hər hansı bir məlumat.

 

Vebsaytdan istifadə haqqında məlumat

 

Biz həmçinin istənilən məqsədlər üçün statistik və demoqrafik məlumatlar kimi Məcmu Məlumatları toplayırıq, istifadə edirik və paylaşırıq. Məcmu Məlumatlar şəxsi məlumatlarınızdan əldə edilə bilər, lakin bu məlumatlar şəxsiyyətinizi birbaşa və ya dolayı yolla ifşa etmədiyi üçün, bunlar qanunvericiliklə şəxsi məlumat hesab edilmir. Məsələn, Xidmətin müəyyən xüsusiyyətinə daxil olan istifadəçilərin faizini hesablamaq üçün İstifadə Məlumatlarınızı hesablaya bilərik, lakin sizi birbaşa yaxud dolayı yolla identifikasiya edə bilməsi üçün Məcmu Məlumatları sizin şəxsi məlumatlarınızla cəmləşdiririksə yaxud əlaqələndiririksə, biz həmin toplanmış məlumatları şəxsi məlumatlar kimi qiymətləndiririk və onlar hazırkı Məxfilik Siyasətinə uyğun istifadə ediləcək.

 

Biz, sizin haqqınızda, əgər istifadəçisinizsə, sizin sağlamlığınız haqqınızda məlumat istisna olmaqla 11 may 2010-cu il tarixli "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının 998-IIIQ saylı Qanununda ("Fərdi Məlumatlar Haqqında Qanun") müəyyən edilmiş şəxsi məlumatların xüsusi kateqoriyalarını toplamırıq.

 

Şəxsi məlumatlarınız necə toplanır?

 

Aşağıda sizin haqqınızda qeyd edilən məlumatları toplayıb emal edəcəyik:

 

·        Sizin bizə verdiyiniz məlumat. Xidmətdən istifadə üçün qeydiyyatdan keçərkən yaxud istifadə edərkən bizə təqdim etdiyiniz istənilən Şəxsi Məlumat yaxud digər məlumatlara əlavə olaraq, Platformadan  ("İstifadə Haqqında Məlumat") yararlananda yaxud platformaya baxış keçirəndə, biz və üçüncü tərəf xidmət təminatçılarımız müəyyən məlumatları saxlayan yaxud toplayan müxtəlif texnologiyalardan istifadə edə bilərik. Platformamızdan yararlananda yaxud platformaya baxış keçirəndə, şəxsi kompyuterinizə, brauzerinizə, noutbukunuza, planşetinizə, mobil telefonunuza və ya digər cihazınıza ("Cihaz") yüklənən müxtəlif texnologiyalardan istifadə edilərək hazırkı İstifadə Haqqında Məlumat saxlana yaxud onlara giriş təmin edilə bilər. İstifadə Haqqında Məlumatı hazırkı Platformada sizdən birbaşa topladığımız Şəxsi Məlumatlarınızla əlaqələndirdiyimiz həddə, şəxsi məlumatlarla olduğu kimi rəftar edəcəyik. Hazırkı Platformada yaxud www.sphera.az vebsaytında təqdim edilən formaları doldurmaqla yaxud bizimlə ünsiyyət saxladıqda müvafiq məlumatları verməklə razılığınızı bildirirsiniz. Buraya daxildir: Xidmətdən istifadə etmək üçün qeydiyyatdan keçdiyiniz zaman təqdim etdiyiniz məlumat, Platformanı yükləyəndə yaxud orada qeydiyyatdan keçəndə təqdim etdiyiniz məlumat, Xidmətlərimizdən hər hansı birinə abunə olanda təqdim etdiyiniz məlumat, tətbiqdə yaxud Xidmətdə axtarış edəndə təqdim etdiyiniz məlumat, [Xidmətin sosial media funksiyaları vasitəsilə məlumatları paylaşarkən], [müsabiqədə, təşviqatda/aksiyada/kampaniyada yaxud sorğuda iştirak edərək], [yaxud] [XİDMƏT İLƏ BAĞLI DİGƏR HƏYATA KEÇİRİLƏN FƏALİYYƏT], və Platforma, Xidmətlər yaxud www.sphera.az vebsaytında çətinliklə bağlı təqdim etdiyiniz məlumat. Bizimlə əlaqə saxladığınız zaman, biz həmin yazışmaların/əlaqələrin qeydini aparırıq.

·        Bizim sizin haqqınızda və cihazınız haqqında topladığımız məlumat. Hər dəfə www.sphera.az vebsaytına daxil olanda yaxud Platformadan istifadə etdikdə avtomatik olaraq Cihaz, Məzmun və İstifadə Məlumatları daxil olmaqla şəxsi məlumatlar toplayacağıq.

 

Biz İzləmə Texnologiyalarını müxtəlif məqsədlər üçün istifadə edə bilərik. Buraya daxildir:

 

1.      Qəti zərurət halları. www.sphera.az vebsaytından və Platformadan istifadə etməyə və daxil olmağa imkan yaratmaq üçün, o cümlədən sistem inzibatçılığı üçün tələb olunan kukilər daxil olmaqla, yanlış/xətalı fəaliyyətin qarşısını almaq yaxud fəaliyyəti yaxşılaşdırmaq üçün zəruri hesab etdiyimiz İzləmə Texnologiyalarından istifadə edə bilərik.

2.      Fəaliyyətlə əlaqəli hallar. www.sphera.az vebsaytının və Platformanın fəaliyyətini qiymətləndirmək, həmçinin analitik təcrübələrimizin bir hissəsi olaraq, yaxud www.sphera.az və Platforma vasitəsilə təklif olunan məzmunu, məhsulu yaxud xidmətləri yaxşılaşdırmaq üçün faydalı olan İzləmə Texnologiyalarından istifadə edə bilərik.

3.      Funksionallıqla əlaqəli hallar. www.salamdoktor.az vebsaytına yaxud Platformaya daxil olduqda daha geniş funksionallıq təklif etmək üçün, o cümlədən www.sphera.az vebsaytına yaxud Platformaya daxil olanda, yaxud müəyyən edilmiş seçimlərinizi (həmçinin məzmunun www.sphera.az vebsaytında və Platformada təqdim olunması baxımından) izlədiyiniz zaman sizi tanımaq üçün (bununla məhdudlaşmaya bilər) lazımi İzləmə Texnologiyalarından istifadə edə bilərik.

 

www.sphera.az vebsaytından və platformadan istifadə etməklə bizim məlumat saxlamağımıza yaxud İzləmə Texnologiyalarından istifadə etməklə məlumatların toplanmasına razılığınızı bildirirsiniz.

 

Xidmətlər ilə əlaqədar hazırda və gələcəkdə hazırlacayağımız və istifadə edəcəyimiz digər İzləmə Texnologiyaları da ola bilər. Bundan əlavə, üçüncü tərəflər Platformada İzləmə Texnologiyalarından istifadə edə bilərlər. Biz o İzləmə Texnologiyalarına nəzarət etmirik və onlara görə məsuliyyət daşımırıq. Eyni zamanda, www.sphera.az vebsaytının və Platformanın istifadəsi ilə əlaqədar üçüncü tərəfin İzləmə Texnologiyaları ilə potensial olaraq rastlaşacağınız barədə razılığınızı bildirirsiniz və qəbul edirsiniz ki, bizim Məxfilik Siyasətində əks olunmuş bəndlər üçüncü tərəfin İzləmə Texnologiyalarına yaxud fəaliyyətinə tətbiq edilmir, və məlumatlarınızın necə toplandığını və istifadə edildiyindən əmin olmaq üçün üçüncü tərəfin vebsaytını özünüzün yoxlayacağı barədə öhdəlik götürürsünüz.

 

www.sphera.az yalnız şəxsin razılığı yaxud qəbul edilmiş razılığı, yaxud qüvvədə olan qanunvericiliyin yaxud digər qanun və qaydaların verdiyi icazə ilə fərdi məlumatları toplayır, istifadə edir və açıqlayır. Xüsusi bir xüsusiyyəti istifadə etmək istəyirsinizsə, məlumatlarınızın bu məqsədlə istifadəyə dair sizdən razılıq istəniləcək. Ayarlarınızdakı Coğrafi Məkan haqqında məlumatı deaktivasiya etməklə yaxud başqa nəzərdə tutulmuş Razılığın geri alınması yolu ilə istənilən vaxt razılığınızı geri ala bilərsiniz.

 

 

Şəxsi məlumatlarınızı necə istifadə edirik?

 

Şəxsi məlumatlarınızı yalnız qanunvericiliyin bizə icazə verdiyi hallarda istifadə edəcəyik. Ümumi olaraq şəxsi məlumatlarınızı aşağıdakı hallarda istifadə edəcəyik:

 

·        Emaldan əvvəl razılıq verdiyiniz halda;

·        Gələcəkdə yaxud artıq sizinlə bağladığımız müqaviləni yerinə yetirmək üçün olan hallarda;

·        Qanuni maraqlarımız (yaxud üçüncü tərəfin maraqları) və sizin maraqlarınız üçün, və əsas hüquqlar bu maraqları pozmadığı lazımi hallarda;

·        Qanun yaxud tənzimləmə qaydalarına uyğun hərəkət etməli olan hallar.

 

Hazırkı Məxfilik Siyasətində göstərilən yaxud İstifadəçilər və Həkimlər tərəfindən razılaşdırılmış hallar istisna olmaqla, İstifadəçilərdən topladığımız məlumatları açıqlamırıq. Şəxsi məlumatlarınızı üçüncü tərəflərin birbaşa marketinq məqsədlərində istifadə edilməsi üçün üçüncü tərəflərlə paylaşmırıq. Biz üçüncü tərəflərə digər İstifadəçilər və Həkimlər haqqında oxşar məlumatlarla birləşdirildiyi hallar daxil olmaqla, İstifadəçilərin yaxud Həkimlərin şəxsiyyətlərini müəyyən etməyə yaxud onlarla əlaqə saxlamağa imkan verməyən, İstifadəçilər və Həkimlər haqqında məlumatlar təqdim edə bilərik. Məsələn, www.sphera.az vebsaytına daxil olan unikal istifadəçilərin sayı, www.sphera.az vebsaytında qeydiyyatdan keçənlərin demoqrafik bölgüsü və ya www.sphera.az vebsaytına daxil olanların fəaliyyəti barədə üçüncü tərəflərə məlumat verə bilərik.

 

Şəxsi məlumatlarınızı marketinq məqsədləri üçün hər hansı bir üçüncü tərəflə bölüşməzdən əvvəl, biz sizin razılığınızı almaq üçün müraciət edəcəyik.

 

Şəxsi məlumatlarınızı hansı məqsədlər üçün istifadə edəcəyik?

 

Məqsəd/Fəaliyyət

Məlumatın növü

Hərəkətlər üçün hüquqi əsas

Sizi yeni İstifadəçi kimi qeydiyyata almaq

İdentifikasiya

Əlaqə

Cihaz

Şəxsi kabinetə daxil olmaq üçün Birdəfəlik SMS (OTP) daxil etmək

Mükafat tirajında, müsabiqədə yaxud sorğuda iştirak etmək və reytinq bildirmək üçün imkanı vermək

İdentifikasiya

Əlaqə

Cihaz

Profil

Marketinq və Kommunikasiyalar

Razılıq
Sizinlə olan müqavilənin icra edilməsi

Qanuni maraqlarımız üçün zəruridir (müştərilərin məhsullarımızdan / Xidmətlərimizdən necə istifadə etdiyini təhlil etmək və təkmilləşdirməklə biznesi inkişaf etdirmək üçün)

Biznesimizi və platformamızı idarə etmək və qorumaq (çətinliklərin həll edilməsi, məlumatların təhlili və sistem sınaqları daxil olmaqla)

İdentifikasiya

Əlaqə

Cihaz

Qanuni maraqlarımız üçün zəruridir (biznesimizi həyata keçirmək, inzibatçılıq və İT xidmətlərini, şəbəkə təhlükəsizliyini təmin etmək üçün)

Sizə məzmun və reklamı təqdim etmək,

Sizi maraqlandıra biləcək məhsul yaxud xidmətlər barədə tövsiyələr vermək,

Sizə təqdim etdiyimiz reklamın effektivliyini ölçmək və təhlil etmək,

Tətbiqi təkmilləşdirə biləcəyimiz istiqamətdə trendləri izləmək

İdentifikasiya

Əlaqə

Cihaz

Məzmun
Profil
İstifadə
Marketinq və Kommunikasiyalar

Razılıq
Qanuni maraqlarımız üçün zəruridir (məhsullarımızı / Xidmətlərimizi inkişaf etdirmək və biznesimizi böyütmək üçün)

 

Şəxsi məlumatlarınızın açıqlanması

 

Şəxsi məlumatlarınızı bizə təqdim etməyə razılıq verdiyiniz zaman, biz, həmçinin sizdən şəxsi məlumatlarınızı cədvəldə göstərilən məqsədlər üçün aşağıda göstərilən üçüncü tərəflərlə bölüşmək üçün razılığınızı istəyirik;

 

·        Toplandığı əsas məqsəd üçün; yaxud

·        Qərəzsiz bir şəxsin müvafiq hallarda məqbul hesab edəcəyi məqsədlər üçün; yaxud

·        Fərdi şəxslərin razılığı olduğu hallar üçün; yaxud

·        Razılıq verildiyi halda, lakin fərdi şəxslərə birbaşa marketinqdən imtina etmək imkanı verən, “Sphera Healthcare AZ” tərəfindən həyata keçirilən birbaşa marketinq halları üçün. www.sphera.az  istənilən birbaşa marketinq tədbirlərində öz əlaqə məlumatlarını daxil edir; yaxud

·        Fərdi Məlumatların Qorunması haqqında qanun yaxud digər qüvvədə olan və tətbiq edilən qanunla yaxud qanunla tələb edildiyi hallar üçün; yaxud

·        Cədvəldə göstərilən daxil Üçüncü Tərəflər üçün; yaxud

·        Biznesimizin yaxud aktivlərimizin bir hissəsini satmaq, köçürmək yaxud birləşdirmək üçün seçdiyimiz üçüncü tərəflər. Alternativ olaraq, digər müəssisələri əldə etmək və ya onlarla birləşmək istəyə bilərik. İşimizdə bir dəyişiklik olarsa, biznesin yeni sahiblər şəxsi məlumatlarınızı bu məxfilik siyasətində göstərilən şəkildə istifadə edə bilər.

 

 

Beynəlxalq transferlər

 

"İkinci rəy" xidmətimizi İstifadəçi olaraq seçdiyiniz təqdirdə, şəxsi məlumatlarınızın Azərbaycan Respublikasının hüdudlarından kənara ötürülməsinə razılıq verirsiniz. Biz sizi əmin edirik ki, bu cür ötürmələr Fərdi Məlumat haqqında Qanununun tələblərinə tam uyğun şəkildə həyata keçiriləcək. Bu köçürmənin yeganə olaraq peşəkar xarici həkimə ilkin diaqnozunuzu təsdiqləmək yaxud ləğv etmək məqsədi daşıyır.

 

 

Məlumatların təhlükəsizliyi

 

Bizə təqdim etdiyiniz bütün məlumatlar etibarlı serverlərimizdə saxlanılır.

 

İstənilən şəxsi məlumat pozuntusu ilə mübarizə aparmaq üçün proseduralar hazırlamışıq və qanuni əsaslarla bizdən tələb olunduğu halda sizə və hər hansı idarəetmə qurumuna məlumat verəcəyik.

 

Məlumatların saxlanması və qorunması

 

Şəxsi məlumatlarınızın fərqli tərəfləri üçün saxlanma müddətlərinin təfərrüatları bizim saxlanma və qorunma haqqında siyasətimizdə göstərilib və onlarla tanış olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Bəzi hallarda siz bizdən məlumatlarınızın silinməsini xahiş edə bilərsiniz: ətraflı məlumat üçün aşağıdakı hüquqlarınızla tanış olun.

 

Bəzi hallarda sizin şəxsi məlumatlarınızın daha sonra araşdırma və statistik məqsədlər üçün sizinlə əlaqələndirilməməsi üçün məxfiləşdirəcəyik, bu zaman həmin məlumatları sizə bildirmədən qeyri-müəyyən müddətdə istifadə edə bilərik.

 

Qlossari

 

Razılıq – şəxsi məlumatlarınızın spesifik məqsədlər üçün emal edilməsini bir bəyanatın yaxud aydın şəkildə ifadə edilən razılığın imzalanmasını bildirir. Razılıq yalnız istədiyinizi sərbəst bildirməklə, spesifik, məlumatlı və birmənalı göstərməklə etibarlı olur.

 

Qanuni maraq – sizə ən yaxşı xidmət/məhsul və ən yaxşı və etibarlı fəaliyyət təmin etmək üçün biznesimizin aparılması və idarə olunmasını ehtiva edən biznesimizin marağını bildirir. Şəxsi məlumatlarınızı qanuni maraqlarımız üçün emal etməkdən əvvəl sizin hüquqlarınıza və sizin üzərinizə olan istənilən potensial təsiri (həm müsbət, həm də mənfi) nəzərdən keçiririk və tarazlıyırıq. O fəaliyyətlərdə ki, bizim maraqlarımız sizə təsir etməklə dominantlıq təşkil edirsə (sizin Razılığınız olduğu hallar yaxud qanunvericiliklə tələb edildiyi yaxud icazə verildiyi hallara istisna olmaqla), biz sizin şəxsi məlumatlarınızı istifadə etmirik. Müəyyən fəaliyyətlərlə bağlı sizin üzərinizə olan istənilən potensial təsirə qarşı Qanuni maraqlarımızı necə dəyərlənirdiyimiz haqqında ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Qanuni öhdəliklərə riayət edilməsi – bizim tabe olduğumuz qanunvericiliyə uyğun olaraq şəxsi məlumatlarınızın emal edilməsini bildirir.

 

Peşəkar məsləhətçilər – [XÜSUSİ ÖLKƏLƏRDƏ] olan hüquqşünaslar, bank əməkdaşları, auditorlar və sığortaçılar daxil olmaqla [konsultasiyalar verən, bank işləri, hüquqi işlər, sığorta və mühasibat üzrə xidmətlər] təmin edən [prosesləri aparan yaxud müştərək nəzarətçilər kimi fəaliyyət göstərən] şəxsləri bildirir.

 

Sizin hüquqlarınız:

 

·        Şəxsi məlumatlarınıza daxil olmaq üçün sorğu göndərmək (adətən "Məlumatlara girişlə bağlı sorğu" kimi tanınır). Məlumat əldə etmək istəyən subyekti nəzarət edəndən onunla bağlı şəxsi məlumatların emal edilib edilməməsi haqqında təsdiq almaq hüququna malikdir. Məsələn:

o   Emal edilmə məqsədi;

o   şəxsi məlumatlara aid kateqoriyalar.

·        Düzəliş etmək haqqında sorğu göndərmək – Siz (məlumatın subyekti kimi) yanlış şəxsi məlumatları təcili olaraq düzəliş edilməsini bizdən tələb etmək hüququna maliksiniz. Emalın məqsədləri nəzərə alınmaqla, məlumatın subyekti əlavə bildiriş təqdim etməklə natamam şəxsi məlumatların tamamlanmasını tələb etmək hüququna malikdir.

·        Şəxsi məlumatların silinməsi üçün sorğu göndərmək. Nəzarət edəndən fərdi məlumatların təcili olaraq silinməsini tələb etmək hüququna maliksiniz və bizim (nəzarət edən) şəxsi məlumatları təcili olaraq silmək öhdəliyimiz var. Məsələn: artıq müvafiq məqsədlərlə (toplanmış yaxud emal edilmişdir) əlaqəli sizə (məlumatın subyekti kimi) ehtiyac yoxdur; şəxsi məlumatlar qanunsuz olaraq emal edilmişdir;

·        Şəxsi məlumatların ötürülməsi haqqında sorğu göndərmək (Məlumatın sizə yaxud üçüncü tərəfə ötürülməsini nəzərdə tutur). Məlumatın subyekti, özü haqqında şəxsi məlumatları (idarə edənə strukturlaşdırılmış, ümumi istifadə olunan və kompyuterin oxuya bildiyi formatda özü haqqında verdiyi şəxsi məlumatlar) əldə etmək hüququna malikdir və bu məlumatları başqa bir nəzarət edənə şəxsi məlumatları almış nəzarət edəndən maneə görmədən ötürmək hüququna malikdir.

·        Razılığı geri almaq. Şəxsi məlumatlarınızı emal etmək üçün sizin verdiyiniz razılığa istinad etdiyimiz hallarda istənilən vaxt razılığı geri götürə bilərsiniz. Bununla baxmayaraq, bu Razılığınızı geri almaqdan əvvəl həyata keçirilən hər hansı bir emal prosesinin qanuniliyinə təsir göstərməyəcək. Razılığınızı geri alsanız, sizə müəyyən məhsul və ya xidmətlər təqdim edə bilməyəcəyik. Biz bu barədə siz razılığınızı aldığınız zaman bildirəcəyik.

 

Şəxsi məlumatların kateqoriyalarının təsviri

 

·        İdentifikasiya məlumatları: [ad, soyad, evlilikdən əvvəl soyadı, istifadəçi adı yaxud oxşar identifikator, ailə vəziyyəti, peşə, vəzifə, doğum tarixi, cins].

·        Əlaqə məlumatları: [ödənişlər üçün ünvan, çatdırılma ünvanı, e-poçt ünvanı və telefon nömrələri].

·        Cihazın məlumatları: [istifadə etdiyiniz mobil cihazın növü], [unikal cihaz identifikatoru (məsələn, cihazınızın IMEI nömrəsi, cihazınızın simsiz şəbəkə interfeysinin MAC ünvanı yaxud cihazın istifadə etdiyi digər mobil telefon nömrəsi)], [mobil şəbəkə məlumatı], [sizin mobil əməliyyat sisteminiz], [istifadə etdiyiniz mobil brauzer], [vaxt zonası], [DİGƏR MƏLUMAT].

·        Məzmun məlumatları: Cihazınızda saxlanan məlumatlar, o cümlədən [dostların siyahısı], [daxil olma məlumatları], [fotoşəkillər, videolar yaxud digər rəqəmsal məzmun], [qeydlər], [DİGƏR MƏLUMAT].

·        Profil məlumatları: [istifadəçi adınızı və şifrəniz, tətbiqdaxili alış-veriş tarixçəsi, maraqlarınız, seçimləriniz, rəyləriniz və sorğu cavablarınız].

·        İstifadə məlumatları: İstənilən tətbiqimizin istifadə etməyinizi yaxud vebsaytlarımıza daxil olmağınızın təfərrüatları, o cümlədən [trafik məlumatları və digər kommunikasiya məlumatları], istər bizim öz hesablama məqsədlərimiz üçün lazım olsun yaxud da əksinə [sizin girişinizin olduğu mənbələrə].

·        Marketinq və kommunikasiya məlumatları: [bizdən və üçüncü tərəflərdən marketinq təklifləri almaq seçiminiz və kommunikasiya seçimləriniz].