İş yerində sağlamlığın keşiyində

Əməkdaşlarınıza effektiv və kompleks korporativ sağlamlıq proqramı qurun!

Sorğu göndər

Sığorta məhsulları üzərində innovativ təklif

Həkimlərimiz Sizin müştərilərin xidmətində!

Sorğu göndər

Teletibb nədir?



Telefonla konsultasiya | Video məsləhət | Yazılı müraciət | Müayinə nəticələrinin təhlili

Şirkət və təşkilatlarda çalışan əməkdaşlar həkim məsləhəti almaq üçün tez-tez işdən ayrılmalı olur və uzun növbələr gözləyirlər. Bizim təqdim etdiyimiz xidmətlərlə işçilər vaxtına qənaət edərək müəssisənin iş prosesini axsatmayacaq.

Cəmi bir neçə dəqiqəyə istənilən yerdən həkimlə əlaqə saxlamaq mümkündür. Hal-hazırda, pasiyentlərə bu xidməti təklif etmək üçün biz bir sıra həkimlərlə işləyirik və gələcək üçün xidmət sahələrini genişlənidrməkdə davam edirik.

Teletibb nədir?



Telefonla konsultasiya | Video məsləhət | Yazılı müraciət | Müayinə nəticələrinin təhlili

Şirkət və təşkilatlarda çalışan əməkdaşlar həkim məsləhəti almaq üçün tez-tez işdən ayrılmalı olur və uzun növbələr gözləyirlər. Bizim təqdim etdiyimiz xidmətlərlə işçilər vaxtına qənaət edərək müəssisənin iş prosesini axsatmayacaq.

Cəmi bir neçə dəqiqəyə istənilən yerdən həkimlə əlaqə saxlamaq mümkündür. Hal-hazırda, pasiyentlərə bu xidməti təklif etmək üçün biz bir sıra həkimlərlə işləyirik və gələcək üçün xidmət sahələrini genişlənidrməkdə davam edirik.

Teletibbin üstünlükləri

Yüksək texnoloji nailiyyətlərdən istifadə edərək istənilən məsafədən insanların sağlamlığını peşəkar həkimlərlə təmin etmək mümkündür

Pasiyentin harada olması fərq etməz. Peşəkar həkimlər dəqiq konsultasiyalarla uzaqdan müraciət edənlərə səhhəti ilə bağlı tövsiyələr verir.

İş yerindən ayrılmadan, yol getmədən, növbə gözləmədən seçilmiş həkimə müraciət etməklə vaxta qənaət və işlərin məhsuldarlığında davamlılıq yaranır.

İstənilən şəxsin həkimə müraciəti, həkimlə bölüşdüyü məlumatı, pasiyentə verilən təlimatlar və s. ən etibarlı şəkildə və məxfi formada qorunur.

Əməkdaşların səhhəti ilə bağlı bütün müraciətlər, məlumatlar təhlükəsiz halda arxivləşdirilir və hər an pasiyent tərəfdən əldə edilə bilər.

Haqqımızda

2018-ci ilin may ayında fəaliyyətə başlayan "Sphera Healthcare AZ" şirkəti Azərbaycanda ilk dəfə onlayn həkim xidmətləri göstərən şirkətdir.

Bizim xidmətlər ölkənin ən böyük sığorta şirkətlərinin 160 mindən çox istifadəçi bazasına uğurla göstərilməkdədir. Sığortalı müştərilərə «Telefonla konsultasiya», «Video məsləhət», «Yazılı müraciət», «Müayinə nəticələrinin təhlili» və müxtəlif mövzularda vebinarlar peşəkar həkimlərimiz tərəfindən təqdim edilir.

Təqdim etdiyimiz telesəhiyyə xidmətləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müxtəlif layihələrdə birgə əməkdaşlıq çərçivəsində əhali üçün istifadəyə verilmişdir.

Xüsusi xidmətlər

Xarici ölkənin həkimlərindən rəy almaq, klinikalarında müalicə olunmaq və check-up müayinələri keçmək üçün müraciət edin!

Sual-cavab

Həkimlərlə pasiyentlər arasında audio, video və digər əlaqə vasitələri ilə konsultasiyaların aparılmasını təmin edən onlayn platformadır.
Onlayn konsultasiya bir çox hallarda həkim ziyarətini əvəz edə bilər. İstifadəçilərimiz kəskin davamlı ağrılar, təcili və təxirəsalınmaz hallar, təcili müdaxilələr və şəxsin tibbi şəhadətləndirilməsini tələb edən hallardan başqa istənilən növ konsultasiyaların alınması üçün "SALAM DOKTOR" şirkətinə müraciət edə bilərlər.
Harada olduğunuzdan asılı olmayaraq, bazar və qeyri iş günlərindən başqa hər gün saat 08:00-dan 22:00-dək * 1 103 nömrəsinə zəng edərək həkim məsləhətini tez bir zamanda ala bilərsiniz.
Təcili və təxirəsalınmaz hallarda teletibb xidmətlərindən istifadə etmək OLMAZ! Bu hallarda 103 təcili yardım xidməti ilə əlaqə saxlayın!
İstifadəçilərə dərman preparatları ilə müalicə, bundan əlavə sağlam həyat tərzi, qidalanma, pəhriz, tibbi profilaktika və digər tövsiyələr də təqdim olunur.

Əlaqə

Хidmətinin iş vaxtı: 09:00 - 22:00

(Bazar və qeyri-iş günləri istisna olmaqla hər gün)