Mütəxəssislər

Hal-hazırda biz bir sıra həkimlərlə əməkdaşlıq edirik və gələcək üçün çox maraqlı planlarımız var.

Cavid Baloğlanov

İş təcrübəsi: 16 İl

İxtisas: Uroloq 

Dil biliyi: azərbaycan, rus, ingilis, türk

Təhsili: Azərbaycan Tibb Univesiteti 2001-2007. Azərbaycan, Bakı. Klinik Ordinatura, Rusiya Xalqlar Dostluğu Universiteti 2007-2009. Rusiya Federasiyası, Moskva. Aspirantura, Rusiya Xalqlar Dostluğu Universiteti 2009-2011. Rusiya Federasiyası, Moskva

İş təcrübəsi:​ Uroloq, Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzi, Bakı, Azərbaycan Dekabr 2011- Fevral 2018. Uroloq, Istanbul NS klinikası, Bakı, Azərbaycan Fevral 2018 - Hal-hazıradək. Sphera Healthcare AZ  şirkəti, Baş həkim,  Bakı, Azərbaycan Aprel 2018 - Hal-hazıradək

Saleh Səfərəliyev

İş təcrübəsi: 26 İl

İxtisas: Terapevt

Dil biliyi: Azərbaycan, Rus, Türk

Azərbaycan Tibb Universiteti "Müalicə-profilatika" fakültəsi, "Müalicə işi" ixtisası üzrə təhsil alıb. DİN - Daxili Qoşunların Hərbi Hospitalında "Ümumi cərrahiyə" ixtisası üzrə internatura keçmişdir. Türkiyə Respublikası, "Gülhane" Hərbi Tibb Akademiyasında mütəmadi ixtisasartırma kurslarında iştirak edib. Praktiki təbabət, səhiyyənin təşkili və tibbi təhisl təcrübəsi olan mütəxəssisdir. Ailə həkimliyi və cərrahiyə istiqamətləri üzrə bir çox nailiyyətləri vardır.

Səlimə Əzizova

İş təcrübəsi: 25 İl

İxtisas: Pediatr

Dil biliyi: Azərbaycan, Rus

Azәrbaycan Tibb Universiteti Pediatriya fakültәsində təhsil alıb. 7 №-li  Uşaq Yoluxucu Xәstәxanasında pediatriya üzrә internatura keçmişdir. Təhsilini bitirdikdәn sonra pediatriyanın müxtәlif sahәlərindә çalışmış, xüsusən, peyvəndlənmə və yoluxucu xəstəliklərin immunoprofilaktikası istiqamətində geniş təcrübə toplamışdır.  Pediatriyanın müasir nәzәri vә praktiki üsullarına yüksәk sәviyyәdә yiyәlәnmiş vә hәkimlik fәaliyyәtindә uğurla tәtbiq etməkdədir.

İlqar Kərimov

İş təcrübəsi: 20 İl

İxtisas: Psixoloq

Dil biliyi: Azərbaycan, Rus

Haqqında:
Ali təhsilli hüquqşünasdır. 15 ilə yaxındır ki, psixoloq kimi fəaliyyət göstərir. Müxtəlif psixoloji mərkəzlərdə tədris keçib bu ixtisas üzrə peşəkar biliklrini artırmışdır. Fəaliyyəti ərzində Heydər Əliyev Fondu, ABŞ beynəlalq əlaqələr institute, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin təşkil etdiyi psixoloji ardım və psixoloji dəstək layihələrinə qatılmışdır. Qrup və fərdi psixoloji təlimlər və seansların keçirilməsində geniş təcrübəyə malik mütəxəssisdir.

Füzuli Səfərov

İş təcrübəsi: 15 İl

İxtisas: Terapevt

Dil biliyi: Azərbaycan, Türk

Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, “Müalicә işi “ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 3 №-li Şәhәr Klinik Xәstәxanasında “Terapevt “ ixtisası üzrә internatura keçib. Azərbaycan və Türkiyə kimi ölkələrdə tibbi təhsil alıb və biliklərini xüsusilə endokrinologiya sahəsində təkmilləşdirib. Müxtəlif konfrans və seminarlarda iştirak etmiş, məsafədən tibbi konsultasiya xidmәtlәrinin göstәrilmәsi sahəsində geniş tәcrübәyә malik həkim-mütəxəssisdir.

Surə Quliyeva

İş təcrübəsi: 15 İl

İxtisas: Pediatr

Dil biliyi: Azərbaycan, Rus

Azәrbaycan Tibb Universiteti “Pediatriya” fakültәsi, “Pediatr “ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, Respublika Uşaq Klinik Xәstәxanasında  “Oftalmologiya” üzrә internatura keçmişdir. Azərbaycan və  Türkiyə Respublikasında tibbi təhsil alıb və biliklərini təkmilləşdirib. Müxtəlif konfrans və seminarlarda iştirak etmiş, tibbi telekomunikasiya xidmәtlәrinin göstәrilmәsindә geniş tәcrübәyә malikdir. Beynəlxalq və ölkədaxili tibbi simpoziumlarda mütəmadi iştirak edir.

Ceyhun Abuzərov

İş təcrübəsi: 27 İl

İxtisas: Terapevt

Dil biliyi: Azərbacan, Türk

Haqqında:
Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, “Müalicә işi“ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 6 №-li Şәhәr Klinik Xәstәxanasında “Terapevt” ixtisası üzrә internatura keçib. Xarici ölkәlәrdә vә ölkә daxilindә dәfәlәrlә ixtisasartırma kurslarında, tibbi simpozium və seminarlarda iştirak etmişdir. Dövlәt vә özәl tibb sektorlarının bir çox klinikalarda iş təcrübəsinə malikdir.

Ramil İsmayılov

İş təcrübəsi: 21 İl

İxtisas: Terapevt

Dil biliyi: Azərbaycan, Türk

Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, "Müalicә işi" ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 4 №li Şәhәr Xәstәxanasında, "Terapevt" ixtisası üzrә internatura keçib. Türkiyә Respublikası "Gülhane" Hәrbi Tibb Akademiyasında “Kardiologiya” üzrә mütəmadi ixtisasartırma kurslarında iştirak edib. Xarici ölkәlәrdә vә ölkә daxilindә dәfәlәrlә ixtisasartırma kurslarında vә tәcrübә mübadilәsindә olmuşdur. "Azәrbaycan Kardiologiya Cәmiyyәtinin" üzvüdür.

Nigar Keberlinskaya

İş təcrübəsi: 12 İl

İxtisas: Pediatr

Dil biliyi: Azərbaycan, Rus, Türk

Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. ETPİ pediatriya üzrə internatura keçmişdi. Oradada 2 il klinik ordinatura, sonra isə aspiranturaya qəbul olunub. 2008- ci ildə Tibb elmləri üzrə müdafiə olunub, tibb elmləri adı verilib. 2009 -cı ildən Medi Club klinikasında çalışır.