Hal-hazırda biz bir sıra həkimlərlə əməkdaşlıq edirik və gələcək üçün çox maraqlı planlarımız var!
Saleh Səfərəliyev
İş təcrübəsi: 26 il 3 ay
İxtisas: Terapevt
Dil bilikləri: Azərbaycan, Rus, Türk
Azərbaycan Tibb Universiteti "Müalicə-profilatika" fakültəsi, "Müalicə işi" ixtisası üzrə təhsil alıb. DİN - Daxili Qoşunların Hərbi Hospitalında "Ümumi cərrahiyə" ixtisası üzrə internatura keçmişdir. Türkiyə Respublikası, "Gülhane" Hərbi Tibb Akademiyasında mütəmadi ixtisasartırma kurslarında iştirak edib. Praktiki təbabət, səhiyyənin təşkili və tibbi təhisl təcrübəsi olan mütəxəssisdir. Ailə həkimliyi və cərrahiyə istiqamətləri üzrə bir çox nailiyyətləri vardır.
Səlimə Əzizova
İş təcrübəsi: 26 il
İxtisas: Pediatr
Dil bilikləri: Azərbaycan, Rus
Azәrbaycan Tibb Universiteti Pediatriya fakültәsində təhsil alıb. 7 №-li Uşaq Yoluxucu Xәstәxanasında pediatriya üzrә internatura keçmişdir. Təhsilini bitirdikdәn sonra pediatriyanın müxtәlif sahәlərindә çalışmış, xüsusən, peyvəndlənmə və yoluxucu xəstəliklərin immunoprofilaktikası istiqamətində geniş təcrübə toplamışdır. Pediatriyanın müasir nәzәri vә praktiki üsullarına yüksәk sәviyyәdә yiyәlәnmiş vә hәkimlik fәaliyyәtindә uğurla tәtbiq etməkdədir.
Nigar Keberlinskaya
İş təcrübəsi: 12 il
İxtisas: Pediatr
Dil bilikləri: Azərbaycan, Rus, Türk
Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. ETPİ pediatriya üzrə internatura keçmişdi. Oradada 2 il klinik ordinatura, sonra isə aspiranturaya qəbul olunub. 2008- ci ildə Tibb elmləri üzrə müdafiə olunub, tibb elmləri adı verilib.
Adilə Qədirova
İş təcrübəsi: 20 il
İxtisas: Pediatr
Dil bilikləri: Azərbaycan, Rus
Azərbaycan Tibb Universiteti "Pediatriya" fakültəsi "Pediatr" ixtisası üzrə təhsil alıb. Baki şəhəri 6 saylı UKX "Pediatriya" ixtisası üzrə internatura keçmişdir. Həmin klinikada həkim-pediatr vəzifəsində çalışmağa başlamışdır. Müxtəlif konfrans və və seminarlarda iştirak etmiş, tibbikommunikasiya xidmətlərinin göstərilməsində geniş təcrübəyə malikdir. Beynəlxalq və ölkədaxili tibbi simpoziumlarda mütəmadi iştirak edir.
Füzuli Səfərov
İş təcrübəsi: 15 il
İxtisas: Terapevt
Dil bilikləri: Azərbaycan, Türk
Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, “Müalicә işi “ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 3 №-li Şәhәr Klinik Xәstәxanasında “Terapevt “ ixtisası üzrә internatura keçib. Azərbaycan və Türkiyə kimi ölkələrdə tibbi təhsil alıb və biliklərini xüsusilə endokrinologiya sahəsində təkmilləşdirib. Müxtəlif konfrans və seminarlarda iştirak etmiş, məsafədən tibbi konsultasiya xidmәtlәrinin göstәrilmәsi sahəsində geniş tәcrübәyә malik həkim-mütəxəssisdir.
Ramil İsmayılov
İş təcrübəsi: 21 il
İxtisas: Terapevt
Dil bilikləri: Azərbaycan, Türk
Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, "Müalicә işi" ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 4 №li Şәhәr Xәstәxanasında, "Terapevt" ixtisası üzrә internatura keçib. Türkiyә Respublikası "Gülhane" Hәrbi Tibb Akademiyasında “Kardiologiya” üzrә mütəmadi ixtisasartırma kurslarında iştirak edib. Xarici ölkәlәrdә vә ölkә daxilindә dәfәlәrlә ixtisasartırma kurslarında vә tәcrübә mübadilәsindә olmuşdur. "Azәrbaycan Kardiologiya Cәmiyyәtinin" üzvüdür.
Cavid Baloğlanov
İş təcrübəsi: 16 il
İxtisas: Uroloq - аndroloq
Dil bilikləri: Azərbaycan, Rus, İngilis, Türk
Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsində "Uroloq" ixtisası üzrə təhsil alıb. Rusiya Xalqlar Dostluğu Universitetinin, Hospital Cərrahiyyə kafedrasının məzunu. Avropa ölkələrində Uroloqiya üzrə təkmilləşmə kurslarında iştirak edib. Tibb Elmləri üzrə Fəlsəfə Doktoru, Almaniyada ixtisaslaşmış mütəxəssisdir. Moskva şəhərində yerləşən 17 saylı Şəhər Xəstəxanasında və Semaşko adına 2 saylı Şəhər Xəstəxanasında Ümumi Cərrah olaraq çalışıb.. Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzində uroloq kimi bir çox nəaliyyətləri vardır.
Nərmin Xudiyeva
İş təcrübəsi: 8 il 2 ay
İxtisas: Psixoloq
Dil bilikləri: Azərbaycan, Rus
Praktik psixoloq, Gestalt terapevti. 2013-cü ildə universiteti praktik psixologiya üzrə bakalavr dərəcəsi ilə bitirib, sonra magistraturaya daxil olub və 2014-cü ildə praktik psixologiya üzrə magistr, psixoloji fənlər müəllimi (NPU) kimi təhsilini başa vurub. M. P. Dragomanova, Kiyev, Ukrayna).
2018-ci ildən 2021-ci ilə qədər Moskva Gestalt terapiyası və məsləhət İnstitutunda "Gestalt terapiyasının nəzəriyyəsi və təcrübəsi"proqramında təhsil almışdır.
2022-ci ilin aprel ayından etibarən Moskva Gestalt terapiyası və praktik psixologiya İnstitutunda klinik psixoloq təhsili alır.
Şəxsi, ailə və uşaq-valideyn münasibətlərindəki çətinliklərin həllində ixtisaslaşır; hədəflər qoymağa, həyat dəyərlərini anlamağa, məna axtarmağa kömək edir; özünə hörməti sabitləşdirir.
2019-cu ildən özəl təcrübə keçirir, 18 yaşdan yuxarı insanlarla işləyir.
Raul Əzimov
İş təcrübəsi: 7 il
İxtisas: Ginekoloq
Akademik dərəcə: Uzman
Dil bilikləri: Azərbaycan, Türk
2004-2010 Azərbaycan Tibb Universiteti 2014 Türkiyə, İnönü Üniversitetinde ixtisaslaşmış və Uzmanlıq Təhsili almışdır.
Türkiyə Ginekologiya və Obstetriya dərnəyinin üzvüdür Türkiyə Ginekolojik Endoskopi Dərnəyinin üzvüdür Türkiyə Süni Mayalanma dərnəyinin üzvüdür Uzun müddət Türkiyədə Özəl Klinikada çalışmışdır.
Hal hazırda Azərbaycanda, Leyla Medical Center'de çalışır.
Sərxan Əmirquliyev
İş təcrübəsi: 12 il
İxtisas: Nevroloq
Akademik dərəcə: Uzman
Dil bilikləri: Azərbaycan, İngilis, Alman, Rus, Danimarka, Türk
Almaniyanın Kristian Albrecht Universitetində miqren və baş ağrıları üzrə magistr təhsili alıb və "Schmerzklinik" xəstəxanasında praktiki ixtisasartırma kurslarında iştirak edib. Avropanın ən böyük miqren və baş ağrılar mərkəzi olan "Danimarka Baş Ağrılar Mərkəzində" işləyib. Klinik təcrübə ilə yanaşı, həkim Kopenhagen Universitetinin Nevroloji fakültəsində miqren patofiziologiyasının öyrənilməsinə həsr olunmuş beynəlxalq randomizə olunmuş tədqiqatlarda araşdırmaçı-həkim vəzifəsində çalışıb. "Headache” və “Cephalalgia” kimi dünyaca məşhur jurnallarda dərc olunmuş elmi məqalələrin müəllifidir.
İlqar Kərimov
İş təcrübəsi: 15 il
İxtisas: Psixoloq
Dil bilikləri: Azərbaycan, Rus
Ali təhsilli hüquqşünasdır. 15 ilə yaxındır ki, psixoloq kimi fəaliyyət göstərir. Müxtəlif psixoloji mərkəzlərdə tədris keçib bu ixtisas üzrə peşəkar biliklrini artırmışdır. Fəaliyyəti ərzində Heydər Əliyev Fondu, ABŞ beynəlxalq əlaqələr institutu, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin təşkil etdiyi psixoloji yardım və psixoloji dəstək layihələrinə qatılmışdır. Qrup və fərdi psixoloji təlimlər və seansların keçirilməsində geniş təcrübəyə malik mütəxəssisdir.
Surə Quliyeva
İş təcrübəsi: 15 il
İxtisas: Pediatr
Dil bilikləri: Azərbaycan, Rus
Azәrbaycan Tibb Universiteti “Pediatriya” fakültәsi, “Pediatr “ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, Respublika Uşaq Klinik Xәstәxanasında “Oftalmologiya” üzrә internatura keçmişdir. Azərbaycan və Türkiyə Respublikasında tibbi təhsil alıb və biliklərini təkmilləşdirib. Müxtəlif konfrans və seminarlarda iştirak etmiş, tibbi telekomunikasiya xidmәtlәrinin göstәrilmәsindә geniş tәcrübәyә malikdir. Beynəlxalq və ölkədaxili tibbi simpoziumlarda mütəmadi iştirak edir.
Ceyhun Abuzərov
İş təcrübəsi: 27 il
İxtisas: Terapevt
Dil bilikləri: Azərbacan, Türk
Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, “Müalicә işi“ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 6 №-li Şәhәr Klinik Xәstәxanasında “Terapevt” ixtisası üzrә internatura keçib. Xarici ölkәlәrdә vә ölkә daxilindә dәfәlәrlә ixtisasartırma kurslarında, tibbi simpozium və seminarlarda iştirak etmişdir. Dövlәt vә özәl tibb sektorlarının bir çox klinikalarda iş təcrübəsinə malikdir.