İş yerində sağlamlığın keşiyində

Əməkdaşlarınıza effektiv və kompleks korporativ sağlamlıq proqramı qurun!

Sığorta məhsulları üzərində innovativ təklif

Bizim həkimlər sizin müştərilərin xidmətində!

banner

Bizim xidmətlər

Audio konsultasiya | Video konsultasiya | Müayinə nəticələrinin təhlili. Şirkət və təşkilatlarda çalışan əməkdaşlar həkim məsləhəti almaq üçün tez-tez işdən ayrılmalı olur və uzun növbələr gözləyirlər. Bizim təqdim etdiyimiz xidmətlərlə işçilər vaxtına qənaət edərək müəssisənin iş prosesini axsatmayacaq. Cəmi bir neçə dəqiqəyə istənilən yerdən həkimlə əlaqə saxlamaq mümkündür. Hal-hazırda, pasientlərə bu xidməti təklif etmək üçün biz bir sıra həkimlərlə işləyirik və gələcək üçün xidmət sahələrini genişləndirməkdə davam edirik.

Telesəhiyyənin üstünlükləri

Yüksək texnoloji nailiyyətlərdən istifadə edərək harda olmağınızdan asılı olmadan insanların sağlamlığını peşəkar həkimlərimizlə təmin etmək bizim əlimizdə.

icon

Məsafədən asılı olmayaraq peşəkar həkimlərimizdən onlayn konsultasiya nəticasində səhhətiniz ilə bağlı tövsiyələr alın.

icon

Xidmətlərimizin köməyi ilə siz yerinizi tərk etmədən və növbə gözləmədən yüksək ixtisaslı həkimlərlə məsləhətləşə biləcəksiniz, beləliklə həm vaxtınıza qənaət etmiş, həm də iş prosesinə mane olmayacaqsınız.

icon

Pasiyentlərimizdən gələn bütün sorğular, onlar tərəfindən verilən məlumatlar və onlara verilən təlimatlar ən təhlükəsiz və məxfi şəkildə qorunur.

icon

İşçilərinizin bütün sorğuları və sağlamlıq məlumatları təhlükəsiz şəkildə arxivləşdirilir və istənilən vaxt sizin üçün əlçatandır.

Haqqımızda

2018-ci ilin may ayında fəaliyyətə başlayan "SALAM DOKTOR" şirkəti Azərbaycanda ilk dəfə onlayn həkim xidmətləri göstərən şirkətdir.

Bizim xidmətlər ölkənin ən böyük sığorta şirkətlərinin 160 mindən çox istifadəçi bazasına uğurla göstərilməkdədir. Sığortalı müştərilərə «Telefonla konsultasiya», «Video məsləhət», «Müayinə nəticələrinin təhlili» və müxtəlif mövzularda vebinarlar peşəkar həkimlərimiz tərəfindən təqdim edilir.

banner

Təqdim etdiyimiz telesəhiyyə xidmətləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müxtəlif layihələrdə birgə əməkdaşlıq çərçivəsində əhali üçün istifadəyə verilmişdir.

banner

Sual-cavab

İstənilən zaman veb səhifəmizə daxil olaraq və istədiyiniz həkimi seçərək konsultasiya əldə edə bilərsiniz.
Həkimlərlə pasientlər arasında audio, video və digər əlaqə vasitələri ilə konsultasiyaların aparılmasını təmin edən onlayn platformadır.
Harada olduğunuzdan asılı olmayaraq, bazar və qeyri iş günlərindən başqa hər gün saat 08:00-dan 22:00-dək * 1 103 nömrəsinə zəng edərək həkim məsləhətini tez bir zamanda ala bilərsiniz.
Təcili və təxirəsalınmaz hallarda teletibb xidmətlərindən istifadə etmək OLMAZ! Bu hallarda 103 təcili yardım xidməti ilə əlaqə saxlayın!
Onlayn konsultasiya bir çox hallarda həkim ziyarətini əvəz edə bilər. Pasientlərimiz kəskin davamlı ağrılar, təcili və təxirəsalınmaz hallar, təcili müdaxilələr və şəxsin tibbi şəhadətləndirilməsini tələb edən hallardan başqa istənilən növ konsultasiyaların alınması üçün "SALAM DOKTOR" şirkətinə müraciət edə bilərlər.
Pasientlərə dərman preparatları ilə müalicə, bundan əlavə sağlam həyat tərzi, qidalanma, pəhriz, tibbi profilaktika və digər tövsiyələr də təqdim olunur.

Əlaqə

Saat: 09:00 - 22:00

(Bazar və qeyri-iş günləri istisna olmaqla hər gün)