Həkim-terapevtin məsləhəti lazımdır?.

Ən geniş yayılmış xəstəliklərin profilaktikası və müalicəsi

Ümumi müqavimətin gücləndilirməsi üsulları

Həkimə yazıl

Həkim-pediatrdan övladınız üçün məsləhət!

Uşaq xəstəliklərinin profilaktikası və müalicəsi

Yeni doğulmuş körpələrin qidalanmasına dair məsləhətlər

Həkimə yazıl

Cəmi bir neçə dəqiqəyə onlayn həkim məsləhəti!

Xəstəxanaya getmədən, növbə gözləmədən həkim konsultasiyasından keçin

Məsafədən asılı olmayaraq həkim məsləhəti və tibbi tövsiyələr alın

Həkimə yazıl

Sağlamlığınızın keşiyində

Biz – “SALAM DOKTOR” şirkətiyik. 2018-ci ildən həkimlərlə daha səmərəli, daha sürətli və daha etibarlı rabitə prosesi həyata keçiririk. Pasientlərimizi ən yaxşı xidmətlə təmin etmək bizi ruhlandırır. Xüsusi korporativ mədəniyyətə malik müasir şirkət kimi, Azərbaycanda telesəhiyyə xidmətləri göstərən ilk şirkətik. Biz bununla fəxr edirik! Bizim uğurumuz - sizin sağlamlığınız və güvəninizdir!

banner

Necə işləyir?

icon

“Daxil ol” düyməsi ilə qeydiyyatdan keçin və kabinetinizə daxil olun.

icon

“Həkimə yazıl” düyməsi ilə istədiyiniz mütəxəssisi seçin.

icon

Video və ya audio zəng vasitəsilə həkim konsultasiyası alın.

icon

Kabinetinizdən konsultasiya və diaqnoz tarixçənizi izləyin

Mütəxəssislər

Hal-hazırda biz bir sıra həkimlərlə əməkdaşlıq edirik və gələcək üçün çox maraqlı planlarımız var!

avatar

Saleh Səfərəliyev

İş təcrübəsi: 26 il 3 ay

İxtisas: Terapevt

Dil bilikləri: Azərbaycan, Rus, Türk

Azərbaycan Tibb Universiteti "Müalicə-profilatika" fakültəsi, "Müalicə işi" ixtisası üzrə təhsil alıb. DİN - Daxili Qoşunların Hərbi Hospitalında "Ümumi cərrahiyə" ixtisası üzrə internatura keçmişdir. Türkiyə Respublikası, "Gülhane" Hərbi Tibb Akademiyasında mütəmadi ixtisasartırma kurslarında iştirak edib. Praktiki təbabət, səhiyyənin təşkili və tibbi təhisl təcrübəsi olan mütəxəssisdir. Ailə həkimliyi və cərrahiyə istiqamətləri üzrə bir çox nailiyyətləri vardır.

avatar

Səlimə Əzizova

İş təcrübəsi: 26 il

İxtisas: Pediatr

Dil bilikləri: Azərbaycan, Rus

Azәrbaycan Tibb Universiteti Pediatriya fakültәsində təhsil alıb. 7 №-li  Uşaq Yoluxucu Xәstәxanasında pediatriya üzrә internatura keçmişdir. Təhsilini bitirdikdәn sonra pediatriyanın müxtәlif sahәlərindә çalışmış, xüsusən, peyvəndlənmə və yoluxucu xəstəliklərin immunoprofilaktikası istiqamətində geniş təcrübə toplamışdır. Pediatriyanın müasir nәzәri vә praktiki üsullarına yüksәk sәviyyәdә yiyәlәnmiş vә hәkimlik fәaliyyәtindә uğurla tәtbiq etməkdədir.

avatar

Nigar Keberlinskaya

İş təcrübəsi: 12 il

İxtisas: Pediatr

Dil bilikləri: Azərbaycan, Rus, Türk

Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsində təhsil alıb. ETPİ pediatriya üzrə internatura keçmişdi. Oradada 2 il klinik ordinatura, sonra isə aspiranturaya qəbul olunub. 2008- ci ildə Tibb elmləri üzrə müdafiə olunub, tibb elmləri adı verilib. 

avatar

Adilə Qədirova

İş təcrübəsi: 20 il

İxtisas: Pediatr

Dil bilikləri: Azərbaycan, Rus

Azərbaycan Tibb Universiteti "Pediatriya" fakültəsi "Pediatr" ixtisası üzrə təhsil alıb. Baki şəhəri 6 saylı UKX "Pediatriya" ixtisası üzrə internatura keçmişdir. Həmin klinikada həkim-pediatr vəzifəsində çalışmağa başlamışdır. Müxtəlif konfrans və və seminarlarda iştirak etmiş, tibbikommunikasiya xidmətlərinin göstərilməsində geniş təcrübəyə malikdir. Beynəlxalq və ölkədaxili tibbi simpoziumlarda mütəmadi iştirak edir.

avatar

Füzuli Səfərov

İş təcrübəsi: 15 il

İxtisas: Terapevt

Dil bilikləri: Azərbaycan, Türk

Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, “Müalicә işi “ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 3 №-li Şәhәr Klinik Xәstәxanasında “Terapevt “ ixtisası üzrә internatura keçib. Azərbaycan və Türkiyə kimi ölkələrdə tibbi təhsil alıb və biliklərini xüsusilə endokrinologiya sahəsində təkmilləşdirib. Müxtəlif konfrans və seminarlarda iştirak etmiş, məsafədən tibbi konsultasiya xidmәtlәrinin göstәrilmәsi sahəsində geniş tәcrübәyә malik həkim-mütəxəssisdir.

avatar

Ramil İsmayılov

İş təcrübəsi: 21 il

İxtisas: Terapevt

Dil bilikləri: Azərbaycan, Türk

Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, "Müalicә işi" ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 4 №li Şәhәr Xәstәxanasında, "Terapevt" ixtisası üzrә internatura keçib. Türkiyә Respublikası "Gülhane" Hәrbi Tibb Akademiyasında “Kardiologiya” üzrә mütəmadi ixtisasartırma kurslarında iştirak edib. Xarici ölkәlәrdә vә ölkә daxilindә dәfәlәrlә ixtisasartırma kurslarında vә tәcrübә mübadilәsindә olmuşdur. "Azәrbaycan Kardiologiya Cәmiyyәtinin" üzvüdür.

avatar

Cavid Baloğlanov

İş təcrübəsi: 16 il

İxtisas: Uroloq - аndroloq

Dil bilikləri: Azərbaycan, Rus, İngilis, Türk

Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsində "Uroloq" ixtisası üzrə təhsil alıb. Rusiya Xalqlar Dostluğu Universitetinin, Hospital Cərrahiyyə kafedrasının məzunu. Avropa ölkələrində Uroloqiya üzrə təkmilləşmə kurslarında iştirak edib. Tibb Elmləri üzrə Fəlsəfə Doktoru, Almaniyada ixtisaslaşmış mütəxəssisdir. Moskva şəhərində yerləşən 17 saylı Şəhər Xəstəxanasında və Semaşko adına 2 saylı Şəhər Xəstəxanasında Ümumi Cərrah olaraq çalışıb.Xüsusi Dövlət Mühafizə Xidmətinin Müalicə-Diaqnostika Mərkəzində uroloq kimi bir çox nəaliyyətləri vardır.

avatar

Nərmin Xudiyeva

İş təcrübəsi: 8 il 2 ay

İxtisas: Psixoloq

Dil bilikləri: Azərbaycan, Rus

Praktik psixoloq, Gestalt terapevti. 2013-cü ildə universiteti praktik psixologiya üzrə bakalavr dərəcəsi ilə bitirib, sonra magistraturaya daxil olub və 2014-cü ildə praktik psixologiya üzrə magistr, psixoloji fənlər müəllimi (NPU) kimi təhsilini başa vurub. M. P. Dragomanova, Kiyev, Ukrayna).

2018-ci ildən 2021-ci ilə qədər Moskva Gestalt terapiyası və məsləhət İnstitutunda "Gestalt terapiyasının nəzəriyyəsi və təcrübəsi"proqramında təhsil almışdır.

2022-ci ilin aprel ayından etibarən Moskva Gestalt terapiyası və praktik psixologiya İnstitutunda klinik psixoloq təhsili alır.

Şəxsi, ailə və uşaq-valideyn münasibətlərindəki çətinliklərin həllində ixtisaslaşır; hədəflər qoymağa, həyat dəyərlərini anlamağa, məna axtarmağa kömək edir; özünə hörməti sabitləşdirir.

2019-cu ildən özəl təcrübə keçirir, 18 yaşdan yuxarı insanlarla işləyir.

avatar

Raul Əzimov

İş təcrübəsi: 7 il

İxtisas: Ginekoloq

Akademik dərəcə: Uzman

Dil bilikləri: Azərbaycan, Türk

2004-2010 Azərbaycan Tibb Universiteti 2014 Türkiyə, İnönü Üniversitetinde ixtisaslaşmış və Uzmanlıq Təhsili almışdır.

Türkiyə Ginekologiya və Obstetriya dərnəyinin üzvüdür Türkiyə Ginekolojik Endoskopi Dərnəyinin üzvüdür Türkiyə Süni Mayalanma dərnəyinin üzvüdür Uzun müddət Türkiyədə Özəl Klinikada çalışmışdır.

Hal hazırda Azərbaycanda, Leyla Medical Center'de çalışır.

avatar

Sərxan Əmirquliyev

İş təcrübəsi: 12 il

İxtisas: Nevroloq

Akademik dərəcə: Uzman

Dil bilikləri: Azərbaycan, İngilis, Alman, Rus, Danimarka, Türk

Almaniyanın Kristian Albrecht Universitetində miqren və baş ağrıları üzrə magistr təhsili alıb və "Schmerzklinik" xəstəxanasında praktiki ixtisasartırma kurslarında iştirak edib. Avropanın ən böyük miqren və baş ağrılar mərkəzi olan "Danimarka Baş Ağrılar Mərkəzində" işləyib. Klinik təcrübə ilə yanaşı, həkim Kopenhagen Universitetinin Nevroloji fakültəsində miqren patofiziologiyasının öyrənilməsinə həsr olunmuş beynəlxalq randomizə olunmuş tədqiqatlarda araşdırmaçı-həkim vəzifəsində çalışıb. "Headache” və “Cephalalgia” kimi dünyaca məşhur jurnallarda dərc olunmuş elmi məqalələrin müəllifidir.

avatar

İlqar Kərimov

İş təcrübəsi: 15 il

İxtisas: Psixoloq

Dil bilikləri: Azərbaycan, Rus

Ali təhsilli hüquqşünasdır. 15 ilə yaxındır ki, psixoloq kimi fəaliyyət göstərir. Müxtəlif psixoloji mərkəzlərdə tədris keçib bu ixtisas üzrə peşəkar biliklrini artırmışdır. Fəaliyyəti ərzində Heydər Əliyev Fondu, ABŞ beynəlxalq əlaqələr institutu, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin təşkil etdiyi psixoloji yardım və psixoloji dəstək layihələrinə qatılmışdır. Qrup və fərdi psixoloji təlimlər və seansların keçirilməsində geniş təcrübəyə malik mütəxəssisdir.

avatar

Surə Quliyeva

İş təcrübəsi: 15 il

İxtisas: Pediatr

Dil bilikləri: Azərbaycan, Rus

Azәrbaycan Tibb Universiteti “Pediatriya” fakültәsi, “Pediatr “ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, Respublika Uşaq Klinik Xәstәxanasında “Oftalmologiya” üzrә internatura keçmişdir. Azərbaycan və Türkiyə Respublikasında tibbi təhsil alıb və biliklərini təkmilləşdirib. Müxtəlif konfrans və seminarlarda iştirak etmiş, tibbi telekomunikasiya xidmәtlәrinin göstәrilmәsindә geniş tәcrübәyә malikdir. Beynəlxalq və ölkədaxili tibbi simpoziumlarda mütəmadi iştirak edir.

avatar

Ceyhun Abuzərov

İş təcrübəsi: 27 il

İxtisas: Terapevt

Dil bilikləri: Azərbacan, Türk

Azәrbaycan Tibb Universiteti "Müalicә-proflaktika" fakültәsi, “Müalicә işi“ ixtisası üzrə təhsil alıb. Bakı şәhәri, 6 №-li Şәhәr Klinik Xәstәxanasında “Terapevt” ixtisası üzrә internatura keçib. Xarici ölkәlәrdә vә ölkә daxilindә dәfәlәrlә ixtisasartırma kurslarında, tibbi simpozium və seminarlarda iştirak etmişdir. Dövlәt vә özәl tibb sektorlarının bir çox klinikalarda iş təcrübəsinə malikdir.

Sual-cavab

İstənilən zaman veb səhifəmizə daxil olaraq və istədiyiniz həkimi seçərək konsultasiya əldə edə bilərsiniz.
Həkimlərlə pasientlər arasında audio, video və digər əlaqə vasitələri ilə konsultasiyaların aparılmasını təmin edən onlayn platformadır.
Harada olduğunuzdan asılı olmayaraq, bazar və qeyri iş günlərindən başqa hər gün saat 08:00-dan 22:00-dək * 1 103 nömrəsinə zəng edərək həkim məsləhətini tez bir zamanda ala bilərsiniz.
Təcili və təxirəsalınmaz hallarda teletibb xidmətlərindən istifadə etmək OLMAZ! Bu hallarda 103 təcili yardım xidməti ilə əlaqə saxlayın!
Onlayn konsultasiya bir çox hallarda həkim ziyarətini əvəz edə bilər. Pasientlərimiz kəskin davamlı ağrılar, təcili və təxirəsalınmaz hallar, təcili müdaxilələr və şəxsin tibbi şəhadətləndirilməsini tələb edən hallardan başqa istənilən növ konsultasiyaların alınması üçün "SALAM DOKTOR" şirkətinə müraciət edə bilərlər.
Pasientlərə dərman preparatları ilə müalicə, bundan əlavə sağlam həyat tərzi, qidalanma, pəhriz, tibbi profilaktika və digər tövsiyələr də təqdim olunur.

Əlaqə

Saat: 09:00 - 22:00

(Bazar və qeyri-iş günləri istisna olmaqla hər gün)